Çevik ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Milli.Az APA-ya istinadən bildirir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan edilib.
Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.
Qeyd edək ki, "Çevik" ləqəbli Məqsəd Bağırov bir müddətdir Tiktok platformasında canlı yayımları ilə gündəmə gəlmişdi. Bir müddət əvvəl Qəbələdə Məqsəd Bağırova hücum edildiyi bildirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:86
Bu xəbər 14 Sentyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















