Çevik Polis Alayının əməkdaşı özbəkistanlı idmançı ilə döyüşəcək FOTO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
26 Yanvar 2025-ci il tarixdə Tovuz şəhərində "Kəmər döyüşü VCBCMMA 06" seriyası üzrə keçiriləcək döyüşdə ölkəmizi Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı, peşəkar idmançı Kazbek Məmmədov təmsil edəcək.
Milli.Az xəbər verir ki, onun rəqibi Özbəkistan idmançısı Eden Adem Axmedov olacaq. İdmançılar 70 kq çəki dərəcəsində mübarizə aparacaqlar.
Qeyd edək ki, Gürcüstanın Qardabani şəhərində keçirilən Kinqboksun MMA K1 versiyası üzrə beynəlxalq turnirdə ölkəmizi təmsil edən Kazbek Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə layiq görülmüşdü.
Həmin turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldaviya, Belarusiya, İran, Bolqarıstan, Ruminiya olmaqla 15 ölkənin idmançıları iştirak edib.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















