“Çevik” Qəbələdə döyüldü: iki nəfər saxlanıldı KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Çevik” ləqəbi ilə tanınan bloger Məqsəd Bağırov ötən gün yaşadığı Qəbələ şəhərində iki nəfər tərəfindən döyülüb.
KONKRET.az Aztimes.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, Məqsəd Bağırov əvvəlcə həmin şəxslər tərəfindən söhbət etmək məqsədilə evinin yaxınlığında yerləşən kafeyə çağırılıb.
Daha sonra kafenin həyətində ona xəsarət yetirildiyi bildirilir. Məlumata əsasən, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları hadisəyə müdaxilə edib və iki nəfər saxlanılıb.
Faktla bağlı polis şöbəsində araşdırma aparıldığı bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi və saxlanılan şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəsmi açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















