Çexiya Azərbaycan qazının idxalını genişləndirməyi planlaşdırır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Praqa, 28 April, AZƏRTAC
Çexiya Respublikası yaxın illərdə Azərbaycandan təbii qaz idxalını artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Seznam Zprávy” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Çexiya hər il Azərbaycandan təxminən 2 milyard kubmetr qaz almağı hədəfləyir. Bu tədarüklərin 2028–2029-cu illərdən etibarən başlanması nəzərdə tutulur.
Çexiyanın sənaye və ticarət naziri Karel Havlíček bildirib ki, müvafiq razılaşma hələ imzalanmasa da, danışıqlar uğurla davam edir və müqavilə çox yaxşı mərhələdədir.
Eyni zamanda qeyd olunur ki, layihədə iştirakda Çexiyanın aparıcı enerji şirkəti ČEZ də maraqlıdır və qaz tədarükü ilə bağlı təşəbbüslərdə iştirak edir.
Məlumata əsasən, bu addım Çexiyanın enerji mənbələrini şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirmək strategiyasının bir hissəsidir. Azərbaycan isə Avropa üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 28 Aprel 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















