Icma.az
close
up
RU
Çexiya Azərbaycan üçün Avropa İttifaqı daxilində mühüm aktorlardan biridir ŞƏRH EDİLDİ

Çexiya Azərbaycan üçün Avropa İttifaqı daxilində mühüm aktorlardan biridir ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Prezident İlham Əliyevin Davosda Çex Respublikasının Baş naziri ilə keçirdiyi görüş Azərbaycan–Çexiya münasibətlərində klassik diplomatik dialoqdan strateji tərəfdaşlığa keçidin ilkin mərhələsi kimi qiymətləndirilə bilər. Bu görüş, ilk növbədə, iki ölkə arasında əməkdaşlığın yalnız ikitərəfli formatla məhdudlaşmadığını, eyni zamanda daha geniş Avropa siyasi və iqtisadi kontekstində dəyərləndirildiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Çexiya Azərbaycan üçün Avropa İttifaqı daxilində mühüm aktorlardan biridir: "Bu ölkə həm enerji təhlükəsizliyi, həm də sənaye və maşınqayırma sahəsində inkişaf etmiş texnoloji potensiala malikdir. Görüş zamanı enerji, nəqliyyat və istehsal sahələrinin xüsusi vurğulanması onu deməyə əsas verir ki, tərəflər münasibətləri konkret iqtisadi layihələr üzərindən dərinləşdirməyi planlaşdırırlar. Bu isə əlaqələrin daha institusional və uzunmüddətli xarakter almasına zəmin yaradır. Eyni zamanda, qarşılıqlı rəsmi səfərlərlə bağlı dəvətlərin qəbul edilməsi diplomatik münasibətlərdə yeni intensivlik mərhələsinin başlandığını göstərir. Bu cür səfərlər adətən əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi, yeni sazişlərin imzalanması və biznes dairələrinin daha fəal cəlb olunması ilə müşayiət olunur. Bu kontekstdə Davosda keçirilən görüşü gələcəkdə daha konkret və praktiki nəticələr verəcək prosesin başlanğıcı kimi qiymətləndirmək olar. Azərbaycan–Çexiya əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrə təsirinə gəldikdə isə, burada əsas məqam Azərbaycanın Avropa ilə ikitərəfli və praqmatik münasibətlər modelini davam etdirməsidir. Rəsmi Bakı son illər Avropa İttifaqı ilə münasibətlərdə daha çox konkret sahələr üzrə əməkdaşlığa üstünlük verir və Çexiya kimi ölkələrlə əlaqələrin gücləndirilməsi bu strategiyanın tərkib hissəsidir. Bu yanaşma Azərbaycana Aİ daxilində daha balanslı və çoxşaxəli əlaqələr qurmaq imkanı yaradır.

Bundan əlavə, enerji təhlükəsizliyi fonunda Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi çıxış edir. Çexiya ilə enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi Azərbaycanın Avropa enerji xəritəsində mövqeyini möhkəmləndirir və onu yalnız xammal tədarükçüsü deyil, eyni zamanda regional nəqliyyat və logistika mərkəzi kimi təqdim edir. Prezident İlham Əliyevin Davosda Çexiyanın Baş naziri ilə görüşü Azərbaycan–Çexiya münasibətlərində strateji dərinləşmə mərhələsinin başlanğıcını göstərir. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha çevik, praqmatik və qarşılıqlı maraqlara əsaslanan istiqamətdə formalaşmasına mühüm töhfə verə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Yanvar 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri