Icma.az
close
up
RU
Çexiya “Drujba”sız da ötüşür: neft müstəqilliyi və yeni tədarük marşrutları

Çexiya “Drujba”sız da ötüşür: neft müstəqilliyi və yeni tədarük marşrutları

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Praqa, 13 oktyabr, AZƏRTAC

Rusiyaya məxsus “Drujba” neft kəmərinin Çexiya qolunun fəaliyyəti artıq yarım ildir dayandırılıb, lakin onun gələcəkdə istismarı istisna olunmur.

AZƏRTAC xəbər verir ki, hazırda Çexiyaya neft yalnız TAL boru kəməri vasitəsilə daxil olur. Bu kəmərin genişləndirilməsi yerli operator olan MERO şirkətinin tarixində ən çətin layihə hesab edilir.

“Çexiya Respublikası artıq yarım ildir Sibir nefti olmadan da fəaliyyət göstərir. Müstəqilliyə gedən yol asan olmadı, lakin ölkə şərqdən neft tədarükündən imtina etməyin mümkün olduğunu nümayiş etdirdi”, - deyə MERO-nun məlumatında qeyd olunur. Şirkət TAL kəmərinin genişləndirilməsi layihəsini “Shell”, “ExxonMobil” və “Rosneft” də daxil olmaqla səkkiz şirkətlə razılaşdırmalı olub. “MERO” bu boru kəmərinin səhminin 5 faizinə sahibdir.

“MERO”nun istehsal və texniki məsələlər üzrə direktoru Zdenyek Dundr bildirib ki, layihə texniki baxımdan son dərəcə mürəkkəb olsa da, bütün çətinliklər qısa müddətdə aradan qaldırılıb.

“Biz hələ də “Drujba”nı nəzarətdə saxlayırıq. Orada bir neçə il üçün kifayət qədər neft ehtiyatı mövcuddur. Onun nə vaxt tam boşaldılacağı ilə bağlı konkret tarix müəyyən edilməyib və boru kəməri gələcəkdə istifadə oluna bilər. Bu, dəyərli aktivdir və onun bir hissəsi artıq Litvinovdakı neft emalı zavodunu təmin edir”, – deyə Dundr vurğulayıb.

Mütəxəssislər “Drujba”nın gələcəkdə Xəzər regionundan və ya Ukraynadan Azərbaycan neftinin tədarükü üçün istifadəsini də istisna etmirlər. Bundan əlavə, Slovakiyanın “Adria” boru kəməri vasitəsilə sistemə qoşulması Avropa üçün potensial tədarük marşrutlarını genişləndirə bilər.

Beləliklə, Çexiya rus neftindən imtinanın mümkünlüyünü nümayiş etdirərək, eyni zamanda, gələcək strateji layihələr üçün infrastruktur imkanlarını qoruyub saxlayır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri