Icma.az
close
up
RU
Çexiya hökuməti yeni etimadsızlıq səsverməsindən də uğurla çıxıb

Çexiya hökuməti yeni etimadsızlıq səsverməsindən də uğurla çıxıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Praqa, 19 iyun, AZƏRTAC

Baş nazir Petr Fialanın rəhbərlik etdiyi Çexiya hökuməti dördüncü etimadsızlıq səsverməsindən də uğurla çıxıb.

AZƏRTAC xəbər verir ki, hökumətin istefasına nail olmaq cəhdi sabiq Baş nazir Andrey Babişin rəhbərlik etdiyi ANO parlament hərəkatı tərəfindən irəli sürülmüşdü. Etimadsızlıq səsverməsində, həmçinin Pirat Partiyasının və “Azadlıq və birbaşa demokratiya” (SPD) hərəkatının deputatları da Fiala kabinetinin əleyhinə səs veriblər.

Müxalifətin etimadsızlıq bəyan etdiyi hazırkı hökumət isə “Birlikdə” (Spolu) koalisiyasına daxil olan Demokratik Vətəndaş Partiyası (ODS), TOP 09 və Xristian Demokratlar (KDU-ČSL), eləcə də tərəfdaş hərəkat olan “Rəhbərlər və müstəqillər” (STAN) üzvlərindən ibarətdir.

Lakin müxalifət zəruri dəstəyi toplaya bilməyib. Hökumətin əleyhinə cəmi 94 deputat səs verib, halbuki təşəbbüsün keçməsi üçün ən azı 101 səs tələb olunurdu.

Etimadsızlıq təşəbbüsünə səbəb olan əsas məsələ isə ədliyyə naziri Pavel Blajekin adı hallanan kriptovalyuta qalmaqalı olub. Belə ki, nazir 1 milyard kron dəyərində bitkoini qeyri-qanuni silah saxlamaq, dələduzluq və narkotik ticarətinə görə məhkum olunmuş iş adamı Tomaş İrjikovskidən qəbul edib. “Seznam Zprávy” portalının apardığı araşdırmaya görə, kriptovalyuta şübhəli “yatmış” hesablar vasitəsilə “Nucleus” adlı bazarla əlaqələndirilən mənbədən gəlib. Hədiyyə polis və ya digər orqanlarla məsləhətləşmədən, bitkoinlərin mənşəyi araşdırılmadan qəbul olunub. Blajek isə bu əməliyyatın qanunsuzluğundan xəbərsiz olduğunu desə də, hökumətin və koalisiyanın reputasiyasına xələl gəlməməsi üçün istefa verdiyini açıqlayıb.

Parlamentdə müzakirələr zamanı müxalifət maliyyə naziri Zbınek Stanyuranın da istefasını tələb edib. Bildirilib ki, o, sözügedən tranzaksiyadan əvvəlcədən xəbərdar olub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri