Icma.az
close
up
RU
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 oktyabr, AZƏRTAC

Hər kəsin fərqli hekayəsi var. Bəzən böyük tarixə malik klubun bir hissəsi olursan, bəzən isə nəyisə sıfırdan qurmaq imkanı əldə edirsən. Düşünürəm ki, “Sabah”da futbolçular bunu çox yaxşı bacarırlar və gördükləri işdən zövq almalıdırlar. Çünki onlar klubun təməlini qoyur, tarixini yazırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çexiyanın “Slaviya Praqa” klubunun baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, milli komandaların oyunları ilə əlaqədar fasilə hər kəs üçün fərqli keçir: “Bu, futbolçuların hansı ölkəni təmsil etməsindən, milli komandalarında neçə oyun keçirməsindən və nə qədər səyahət etməsindən asılıdır. Burada da oyunçuların vəziyyəti fərqlidir. Bəzi futbolçular uzun müddətdir, hətta üç həftəyə yaxındır ki, dincəlmək, özlərinə gəlmək və oyun proqramını bərpa etmək imkanı əldə ediblər. Ümid edirəm ki, bu, meydanda özünü göstərəcək. Hansı futbolçuların xidmətindən yararlana bilməyəcəyimizi bilirik. Bununla yanaşı, komandamıza yeni futbolçular qoşulub. Ümid edirik ki, yeni itkilərlə üzləşməyəcəyik. Hazırda biz Avropada bir neçə turnirdə iştirak edən, sıx oyun qrafiki ilə çıxış edən digər komandalarla oxşar vəziyyətdəyik. Bəzi futbolçularımız milli komandaların düşərgəsindədirlər və onların tezliklə geri qayıtmalarını istəyirik. Təəssüf ki, bəzilərinin zədələnməsi də mümkündür. Bu, son dövrlərdə futbolun ümumi mənzərəsidir”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2026 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri