Çexiya millisi “Qarabağ” və “Neftçi”nin futbolçularını məyus etdi
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç, eləcə də “Neftçi”nin üzvü Ervin Kuçun çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu komanda səfərdə Çexiya ilə qarşılaşıb.
Matç çexlərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Həm Yankoviç, həm Veşoviç, həm də Kuç meydana start heyətdə çıxıb. Yankoviç sona qədər oynayıb. Kuç 62-ci dəqiqədə Stefan Lonkarla, Veşoviç isə 84-cü dəqiqədə Marko Vukçeviçlə əvəzlənib. “Qarabağ”ın müdafiəçisi 45+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Seçmə mərhələdə ilk məğlubiyyətini alan Monteneqro millisi 3 oyundan sonra 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Komanda növbəti oyununu sentyabrın 5-də öz meydanında Çexiyaya qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 İyun 2025 01:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















