Icma.az
close
up
RU
Çexiyada bir vaxtlar “elita” üçün nəzərdə tutulan Çin avtomobilləri yığılacaq

Çexiyada bir vaxtlar “elita” üçün nəzərdə tutulan Çin avtomobilləri yığılacaq

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Praqa, 24 iyun, AZƏRTAC

1959-cu ildə yaradılan və ilkin olaraq yalnız yüksək vəzifəli dövlət məmurları və partiya funksionerləri üçün avtomobillər istehsal edən Çinin ən qədim avtomobil istehsalçısı “Hongqi” tezliklə öz məhsullarını Çexiyaya tədarük etməyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli avtomobil zavodunda sonrakı yığılması üçün hissələrin Çexiyaya rəsmi idxalçısı olacaq Slovakiyanın “Plastonic” şirkəti məlumat verib.

“Plastonic” şirkətinin icraçı direktoru Branislav Koçper bildirib: “Bildiyimiz kimi, “Hongqi” lüks avtomobil bazarında qlobal oyunçu olmağa və “Rolls-Royce”, “Bentley” və “Mercedes-Maybach” kimi məşhur brendlərlə rəqabət aparmağa çalışır. Bu, həqiqətən də böyük və iddialı bir işdir. Biz bu tədbirə qatılmaq və regionumuzda avtomobil istehsalçısını təmsil etmək imkanımızdan məmnunuq”. Onun sözlərinə görə, Çin avtomobil istehsalçısının artıq Çexiyada iki, Slovakiyada isə altı diler mərkəzi tikilir.

Hazırda Çexiya bazarı 640 kilometrdən çox məsafə qət edən EH7 elektrik sedanını və 500 kilometrdən artıq yürüş imkanı olan EHS7 krossoverini təklif edəcək. EH7-nin baza qiyməti azı 54 min 400 avro olacaq. EHS7 SUV-nin qiyməti isə 59 min 600 avrodan başlayır.

1981-ci ildə bu markalı avtomobillərin istehsalı dayandırılıb, lakin 1990-cı illərin ortalarında istehsal bərpa edilib. Keçən il FAW-ın bir hissəsi olan “Hongqi” brendi 5 il ərzində 12 modelin satışa çıxarılması ilə Avropa bazarına tammiqyaslı giriş elan edib.

Qeyd edək ki, “Hongqi” sözü Çin dilində “qırmızı bayraq” deməkdir. Bu kəlmə “Honchi” və ya “Hongshi” kimi də tələffüz olunur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri