Çexiyada dizel yanacağının qiyməti son 4 ilin maksimumuna çatıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çexiyada yanacaq qiymətlərində ciddi artım qeydə alınıb.
Bu barədə "CTK" agentliyi məlumat yayıb.
Məlumata görə, ölkədə dizel yanacağının litri orta hesabla 48,39 krona (təxminən 2 avroya yaxın) yüksələrək son 4 ilin ən yüksək səviyyəsinə çatıb.
Benzin qiymətləri də artaraq son 3,5 ilin maksimumunu göstərib və "Natural 95" markalı benzinin litri orta hesabla 41,63 kron (təxminən 1,7 avro) təşkil edir.
Qeyd olunub ki, hökumət qiymət artımını məhdudlaşdırmaq üçün yanacaq satıcılarının marjasını azaltmaq və dizelə tətbiq olunan aksiz vergisini aşağı salmaq qərarı verib.
Həmçinin Maliyyə Nazirliyi yanacağın maksimal qiymətlərini gündəlik müəyyən edəcək.
Bu mövzuda digər xəbərlər:Avropada qazın qiyməti son 4 ilin maksimumuna çatıb
29 Oktyabr 2026 15:29
Platinin qiyməti son 10 ilin maksimumuna çatıb
19 İyun 2025 17:38
Çexiyada inflyasiya rekord həddə çatıb
13 Noyabr 2025 21:23
Avropada qazın qiyməti son iki ilin maksimumuna çatıb
11 Fevral 2025 21:40
Baxış sayı:184
Bu xəbər 07 Aprel 2026 04:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















