Çexiyada qoturluq epidemiyası YAYILDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çexiyada son 30 ilin ən böyük qoturluq epidemiyası qeydə alınıb. İlin əvvəlindən ölkədə 7 mindən çox yoluxma halı aşkarlanıb, dörd xəstə isə həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə Çexiya Dövlət Səhiyyə İnstitutu məlumat yayıb.
Müqayisə üçün, ötən il ərzində Çexiyada 5 min yoluxma qeydə alınmışdı. Bu il isə yoluxma sayı artıq yarım il ərzində həmin göstəricini keçib və xəstələnmə səviyyəsi iki dəfə artıb.
Epidemioloqların məlumatına görə, ən çox yoluxma Moraviya-Sileziya vilayətində qeydə alınıb. Burada xəstələrin əksəriyyəti 19 yaşadək şəxslərdir.
Yanvarın əvvəlindən iyunun 29-dək bölgədə təxminən 670 yoluxma halı aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 200 nəfər çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 01 İyul 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















