Icma.az
close
up
RU
Çexiyada sabiq kommunist funksionerlərin pensiyaları azaldılır

Çexiyada sabiq kommunist funksionerlərin pensiyaları azaldılır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Praqa, 24 iyun, AZƏRTAC

2026-cı ilin noyabrından sosializm dövrünün bir sıra funksionerlərinin yaşa görə pensiyası azaldılacaq.

AZƏRTAC xəbər verir ki, Çexoslovakiya və Slovakiya Kommunist Partiyasının yüksəkvəzifəli məmurlarının, partiya aparatlarının rəhbərlərinin, milli və dövlət təhlükəsizlik strukturlarının başçılarının, sərhədçilərin və xalq milislərinin hər bir xidmət ili üçün pensiya ödənişləri 300 kron (10 avro) azaldılır.

Təşəbbüskarlar belə bir addımın əsas məqsədinin “ölkənin totalitar keçmişi ilə bağlı məsələlərin nizama salınması” olduğunu deyirlər.

Bu gün Prezident Petr Pavel pensiyalara müvafiq düzəlişləri ehtiva edən sənədi imzalayıb. Bu, azalmadan təsirlənəcək insanların dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Keçən ilin martından indiyədək Çexoslovakiya Sosialist Respublikası dövründən 177 yüksəkvəzifəli funksionerin pensiyası ayda orta hesabla 1473 kron azaldılıb.

Siyahıya əlavələr təklifi Əmək Nazirliyi tərəfindən Totalitar Rejimlərin Öyrənilməsi İnstitutu (USTR) ilə birlikdə hazırlanıb. Yeni pensiya düzəlişləri bir neçə min insana təsir edə bilər. Daha əvvəl Çexiyanın əmək və sosial məsələlər naziri Marian Yureçka bəyan etmişdi ki, keçmiş kommunist məmurlar üçün pensiyaların kəsilməsinin üçüncü dalğası gözlənilmir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri