Icma.az
close
up
RU
Çexiyada valyutadəyişmə məntəqələri ciddi nəzarət altındadır

Çexiyada valyutadəyişmə məntəqələri ciddi nəzarət altındadır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Praqa, 21 iyun, AZƏRTAC

Uzun müddətdir ki, Çexiyada valyutadəyişmə məntəqələrinin sayı azalır.

AZƏRTAC Çexiya Milli Bankının (CNB) maliyyə bazarlarına nəzarətə dair bu gün açıqladığı hesabatın nəticələrinə istinadla xəbər verir ki, ötən il onların sayı 12 ədəd azalıb. Hazırda ölkədə ümumilikdə 829 valyutadəyişmə məntəqəsi fəaliyyət göstərib. 2017-ci ildə Çexiya bazarında 1000-dən çox valyutadəyişmə məntəqəsi olduğu halda, 2010-cu ildə CNB təxminən 1460 belə obyektə nəzarət edib. 2024-cü ildə banka çoxlu sayda şikayətlər də daxil olub. Onların bir qismi zərərli mübadilə əməliyyatları ilə bağlıdır. Müvafiq icazəsi olmayan valyutadəyişmə məntəqələrini yoxlanılıb və onların sahibləri məsuliyyətə cəlb edilib.

CNB valyutadəyişmə məntəqələrində yoxlamaları əsasən müştərilərin şikayətləri və ya Maliyyə Analitik İdarəsi kimi dövlət qurumlarından gələn siqnallar əsasında həyata keçirib. İctimaiyyət daha çox istehlakçıların öhdəlik və hüquqlarının mümkün pozulması hallarından şikayətlənsə də, dövlət qurumları “çirkli pulların yuyulmasına” qarşı mübarizə tədbirlərinə əməl edilməməsinə və ya müvafiq icazələr olmadan mübadilə fəaliyyətinin həyata keçirilməsinə diqqət yetirir.

Mərkəzi Bank nəzarətçiləri əsasən “gizli alıcı” adlanan sınaq valyuta alış-satışı metodundan istifadə edirdilər. Onlar bir neçə meyarı - valyutadəyişmə məntəqələrinin öz müştərilərini müəyyən edib-etmədiyini və onlara nəzarət edib-etmədiyini; düzgün və tam məlumat dərc olunması; əməliyyatın ləğvi halında pulun düzgün qaytarılmasını yoxlayıblar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri