Icma.az
close
up
RU
Çexiyada Zəfər Günü münasibətilə Qələbə və xatirə gecəsi “Şuşa, sən azadsan!”

Çexiyada Zəfər Günü münasibətilə Qələbə və xatirə gecəsi “Şuşa, sən azadsan!”

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Praqa, 7 noyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqadakı Azərbaycan Mədəniyyət Evində Azərbaycan xalqının tarixi Qələbəsinin və torpaqlarımızın azad edilməsinin beşinci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət tədbir qonaqları bu tarixi günün dərin mənasını anlamağa və Azərbaycanın mübarizə ruhunu yaxından hiss etməyə imkan yaradıb.

Gecənin rəsmi hissəsində Prezident İlham Əliyevin Şuşa şəhərinin azad olunması ilə bağlı çıxışını və xalqın sevinc dolu reaksiyasını əks etdirən qısa videoçarx nümayiş olunub.

Tədbirin ikinci hissəsi tarixi köklərə – Qarabağ mövzusunun mənşəyinə və onun ədəbi təcəssümünə həsr edilib. Leyla Bəgimin 44 günlük Vətən müharibəsindən iki il əvvəl qələmə aldığı “Atla gediş” pyesi tanınmış çex şair-tərcüməçi Milan Dvořák tərəfindən çex dilinə çevrilərək səhnə oxunuşu şəklində təqdim olunub.

Pyes rusiyalı jurnalistlərin, həmçinin Orxan Camalın həlak olması xəbərindən başlayır. O, Qarabağ xanının və şairə Xurşidbanu Natəvanın ata tərəfdən nəslindən olub. Müəllif tamaşaçını XIX əsrin tarixi mühitinə apararaq Natəvanın taleyini canlandırır və onu Qarabağın rəmzinə - poeziyanın, cəsarətin və müqavimətin simvoluna çevirir.

Çex aktyorlar Rixard Fiala, Qabriela Pišna, Vitek Mastalirj və Krištof Nohinek obrazlara səmimiyyət və dərinlik qataraq tamaşaçılarda güclü emosiyalar oyadıblar.

Tamaşadan sonra qonaqlar, o cümlədən tanınmış yazıçılar və ictimai xadimlər Kateřina Surmanova, Joan Braun, Ivana Bozdechova, Hana Havlíčková, Bronislava Volkova, Penka Roith, Milan Dvořák və digərləri təəssüratlarını bölüşüblər.

Xüsusi maraq doğuran məqamlardan biri isə kukla ustası Vəfa Aşumova tərəfindən Zəfər Günü münasibətilə hazırlanmış “Natəvan” kuklası idi. Eyni zamanda, rəssam Heyran Mustafazadənin “Rişələr” adlı sərgisi tədbirə estetik dərinlik qataraq tarix, mədəniyyət və mənəvi köklər arasında bədii körpü yaradıb.

Tədbir zamanı çıxış edən Leyla Bəgim Azərbaycan qadınlarının qədim bir ənənəsini yada salıb: xəmiri duzlayarkən dünyasını dəyişmiş əzizlərini xatırlamaq.

Praqada keçirilən bu axşam təkcə ədəbi hadisə deyil, həm də incəsənətin, xatirənin və milli iradənin canlı təcəssümü kimi yadda qalıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri