“Çexiyadan ilhamlanaraq” adlı sərginin açılışı baş tutmuşdur FOTO
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fabrika qalereyasında "Çexiyadan ilhamlanaraq" adlı sərginin açılışı baş tutmuşdur. Sərgi Ambassadors Cultural Club layihəsi çərçivəsində keçirilmiş yaradıcılıq vorkşopunun yekunu olaraq təşkil edilmişdir. Tədbir Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Arts Council Azerbaijan və Səyahət QHT-nin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Ekspozisiya vorkşop zamanı azərbaycanlı rəssamlar tərəfindən yaradılmış əsərləri bir araya gətirmişdir.
Sərgidə aşağıdakı rəssamların əsərləri nümayiş olunur: Leylifer Museibova, Nigar Müslümova, Oksana Kazımova, Asmer Asadi, Leyla Orucova, Eldar Babazadə, Nailə Məhərrəmova, Roya Həsən, Aydan Məmmədli, Nərgiz Quliyeva, Tarana Əliyeva, Raul Sadıqov, Sevinc Əhməd və Ülviyyə Xeyrullazadə.
Açılış mərasimində Arts Council Azerbaijan-ın rəhbəri, mədəniyyət xadimi Dadaş Məmmədov açılış nitqi ilə çıxış edərək layihənin inkişaf mərhələlərindən - Çexiya Respublikasının Səfiri ilə ilk görüşdən tutmuş yaradıcılıq vorkşopunun keçirilməsinə və yekun sərginin təşkilinə qədər olan prosesdən bəhs etmişdir. O, göstərilən dəstək və etimada görə Çexiya Respublikasının Səfirliyinə təşəkkürünü bildirmiş, həmçinin layihənin uğurla reallaşmasında rəssamların töhfəsini xüsusi vurğulamışdır.
Çexiya Respublikasının Səfiri Milan Sedlaçek layihə çərçivəsində mədəni əməkdaşlığın səmərəli xarakterini qeyd etmiş, iştirakçılara təşəkkür edərək rəssamlara diplomlar təqdim etmişdir. Tədbir zamanı Azərbaycan və Çexiya arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə Dadaş Məmmədov Çexiya Respublikasının diplomatik xatirə nişanı və müvafiq sertifikatı ilə təltif edilmişdir.
"Çexiyadan ilhamlanaraq" sərgisi birgə mədəni əməkdaşlığın uğurlu nəticəsi olmaqla yanaşı, Azərbaycan ilə Çexiya Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm mərhələ kimi qiymətləndirilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















