Çexiyanın dövlət borcu rekord həddə çatıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 oktyabr, AZƏRTAC
Çexiyanın dövlət borcu 2026-cı ilin ilk doqquz ayında 9,4 milyard dollar artaraq rekord həddə – 179,3 milyard dollara yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çexiyanın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin dövlət borcu 3,882 trilyon Çexiya kronuna çatıb və ÜDM-in 43,9 faizini təşkil edib. Ötən ilin sonunda bu göstərici 42,9 faiz olub.
Məlumata görə, borcun artması əsasən dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün istiqrazların buraxılması ilə əlaqədardır. Sentyabrın sonuna büdcə kəsiri 194,5 milyard krona (təxminən 9 milyard dollar) çatıb.
Proqnozlara əsasən, 2026-cı ilin sonuna Çexiyanın dövlət borcu ÜDM-in 44,4 faizinə yüksələ bilər.
Baxış sayı:111
Bu xəbər 17 Oktyabr 2026 06:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















