Icma.az
close
up
RU
Çexiyanın yeni hökuməti...

Çexiyanın yeni hökuməti...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

“Çex Trampı” Babiş əsas namizəddir

Çexiya Prezidenti Petr Pavel Baş nazir Petr Fialanın hökumətinin istefasını qəbul edib və mövcud kabinetə yeni tərkib formalaşana qədər ölkəni idarə etməyi tapşırıb. Dövlət başçısı bildirib ki, baş nazirin, hökumətin istefasını qəbul edirəm və eyni zamanda, yeni kabinet təyin olunana qədər onlara vəzifələri yerinə yetirməyi tapşırıram. Daha sonra o, Fialadan bütün nazirliklərin yeni hökumətə rahat şəkildə ötürülməsini təmin etməsini xahiş edib. Qeyd edək ki, Petr Fialanın hökuməti Çexiya parlamentinin açılış sessiyasından sonra istefa vermək qərarına gəlib. Çexiyanın yeni hökumətinin dekabrın ortalarından gec olmayaraq vəzifələrinin icrasına başlaması planlaşdırılır.

Təkbaşına hökumət alınmadı...

Xatırladaq ki, bu ilin oktyabrın əvvəlində Çexiyada baş tutan parlament seçkilərində ANO partiyası qalib gəlib. Amma əldə olunan mandatların sayı bu partiyanın təkbaşına hökumət qurmağa kifayət etməyib. Qeyd edək ki, ANO partiyası Ukraynaya yardımın azaldılmasına dəstək verməsi ilə tanınır. Sabiq Baş nazir Babişin rəhbərlik etdiyi partiya seçkidə 35 faiz səs toplamışdı. Hazırda istefa verən qərbyönlü koalisiya olan SPOLU isə 23 faizlə ikinci yeri tutmuşdu. Bundan başqa, Avropayönümlü STAN (11,1 faiz) və “Piratlar” (8,7 faiz), həmçinin sağ təmayüllü SPD (7,9 faiz) və “Avtomobilçilər” (6,8 faiz) partiyaları da yeni parlamentdə iştirak etmək hüququ qazanmışdı.

Babiş Çex Respublikasında yeddinci ən varlı şəxs sayılır və “Forbes” jurnalı onun sərvətini 3,3 milyard avro qiymətləndirir. ANO lideri 2017-ci ildən 2021-ci ilə qədər baş nazir vəzifəsində çalışıb və holdinq şirkəti Agrofert ətrafındakı korrupsiya qalmaqalı səbəbindən seçkilərdə məğlub olduqdan sonra istefa verib. O dövrdə Babiş kurort tikintisi üçün qanunsuz olaraq Aİ subsidiyaları almaqda ittiham olunurdu, lakin sonradan bəraət qazandı.

Politico analitikləri isə seçkidən həmən sonra bildirirdilər ki, ANO-nun parlament seçkilərində qələbəsi Çex Respublikasının Avropa Birliyi və NATO ilə münasibətlərində gərginliyə səbəb ola bilər.

3-lü “hakim partiya”...

Qeyd edək ki, yeni hökuməti qurmaq üçün Babiş noyabrın 3-də ifrat sağçı SPD və “Avtomobilçi” paritya ilə koalisiya müqaviləsi imzalayıb. Dörd həftəlik danışıqlardan sonra tərəflər gələcək hökumətin əsas proqram məqsədləri, eləcə də nazir portfellərinin partiyalar arasında bölüşdürülməsi barədə razılığa gəliblər. Xarici mətbuatın yazdığına görə, saziş siyasi prioritetləri, nazirlərin sayını və hökumət üçün kadr formalaşması prinsiplərini müəyyən edib. Növbəti addım hökumət tərkibi ilə bağlı təkliflərin təqdimatı olacaq və bundan sonra parlamentdə səsvermə baş tutacaq. SPD lideri Tomio Okamuranın parlamentin  sədri olacağı gözlənilir. İlkin məlumatlara görə, Babişin kabineti 15 nazirdən ibarət olacaq ki, onların yarısı ANO, beşi SPD, ikisi isə Avtomobilçilər tərəfindən təyin olunacaq.

Qatı Ukrayna əleyhdarı olan koalisiya...

Vurğulandığı kimi, Babişin rəhbərlik etdiyi ANO partiyası Ukraynaya hərbi yardımın azaldılması tərəfdarıdır və Kiyevin Aİ üzvlüyünə qarşı çıxır. Konkret olaraq, Babiş Çexiyanın Ukraynaya artilleriya sursatının tədarükü üçün “Çexiya təşəbbüsü” adlanan layihədə iştirakını dayandırmaq niyyətindədir. O, həmçinin Aİ-nin ekoloji gündəmini və miqrasiya paktını tənqid edir. Babişi tez-tez “Çex Trampı” adlandırırlar -  o, dəfələrlə ABŞ Prezidentini “dost” adlandırıb. ANO-nun müttəfiqləri də eyni mövqeni bölüşür . SPD avroskeptik və miqrasiya əleyhinə ritorikası ilə tanınır. Bu partiya da  Ukraynaya hərbi və maliyyə yardımının və ukraynalı qaçqınların qəbulunun qəti əleyhinədir. Seçki kampaniyası zamanı SPD sədri Okamura dəfələrlə Ukrayna əleyhinə, xüsusən də Çexiya Respublikasında ukraynalı qaçqınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı açıqlamalar verib. Digər müttəfiq isə Aİ-nin iqlim siyasətini tənqid edir.

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri