Icma.az
close
up
RU
Çexlər darmadağın olsa da, zirvədədi

Çexlər darmadağın olsa da, zirvədədi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Plzendə çexlərlə monteneqrolular 1-ci yer uğrunda mübarizə apardı. Ardıcıl 3-cü qələbə meydan sahiblərini vahid lider etdi.

"Football-plus.az" xəbər verir ki, 28-ci dəqiqədə zədə üzündən meydanı tərk edən Qlojek bundan bir qədər əvvəl hesabı açdı. Qonaqlar isə erkən bərabərlik qolundan məhrum oldu. Ona görə ki, komanda yoldaşını zərbə mövqeyinə çıxaran Yovetiç ofsaydda idi. Elə həmin səbəbdən Çernının qolu da qeydə alınmadı. Sadəcə, o, bu oyunda məhsuldar hərəkətlə yadda qala bildi. 65-ci dəqiqədə Çernı künc zərbəsini ideal şəkildə yerinə yetirdi, Şik başla topu uzaq küncə göndərdi.
Bu qrupda bütün komandaların yenicə mübarizəyə qoşulan Xorvatiya amilini nəzərə alması lazımdı. “Damalılar” binəva Cəbəllütariq üzərində “eksperiment apardı”, oyun qocalmaq bilməyən Perişiçin benefisinə çevrildi. İlk yarım saatda məhz onun ötürmələrindən sonra Mario Paşaliçlə Budimir fərqləndi. Ardından Perişiçin yardımı ilə yığmada yalnız 3-cü oyununu keçirən İvanoviç dubl etdi. Nəhayət, Perişiç özü Mario Paşaliçin ötürməsindən sonra gecənin ən gözəl qollarından birini vurdu. Sonda Kramariç də dubl etməyə imkan tapdı.
Xorvatiyanın Cəbəllütariqlə oyununda yalnız son 25 dəqiqədə meydanda görünən Modriç çexlərə qarşı ilk dəqiqələrdən oynadı və darmadağın yolunda əlindən gələni etdi. Hesab 1:1 olarkən məhz veteran yarımmüdafiəçi Budimirin qazandığı penaltini qola çevirdi. 39 yaşlı kapitan meydanı tərk edəndə azarkeşlər onu alqışlarla yola saldı. Modriç Kramariçin 75-ci dəqiqədə vurduğu qolda da böyük rol oynadı. Buna qədər isə Perişiçlə Budimir fərqi darmadağın həddinə çatdırmışdı. Xorvatların baş məşqçisi Zlatko Daliç sonda daha bir istedadı – bugünlərdə “Tottenhem”ə keçəcək 18 yaşlı müdafiəçi Vuşkoviçi də publikaya tanıtdı.
“Cırtdanlar”ın duelində Farer adaları sevindi. Baxmayaraq ki, hesabı Cəbəllütariq, daha dəqiqi, MY-nin gənclər komandasında oynayan Skenlon açmışdı. Farerlilərin bərabərlik qolu da maraqlı oldu: Frederiksberq topu künc zərbəsindən birbaşa qapıya göndərdi.
L qrupu
3-cü tur
Çexiya – Monteneqro 2:0 (1:0)

Çexiya: Kovarj, Zelenı, Kreyçi, Holeş, Soufal, Çerv (Sadilek, 46), Souçek, Qlojek (Provod, 28), Şults (Kral, 90), Çernı (Kuşey, 77), Şik (Horı, 76).
Monteneqro: Nikiç, Şipçiç (M.Vukçeviç, 84), Vuyaçiç, Saviç, Radunoviç (A.Vukçeviç, 63), Kuç (Lonçar, 62), Yankoviç, Veşoviç (Muqoşa, 84), Yovetiç, Vukotiç (Osmaiç, 62), Krstoviç.
Qollar: Qlojek, 23 (1:0). Şik, 65 (2:0).
Vərəqələr: Veşoviç, 45+2. Lonçar, 90+1. Soufal, 90+1. Vuyaçiç, 90+6 – sarı.
Hakim: Sərdar Gözüböyük (Niderland).
6 iyun. Plzen. 10889 tamaşaçı.
Cəbəllütariq – Xorvatiya 0:7 (0:1)
Cəbəllütariq: Benda, Mauro, Annesli (Kerrinqton, 62), Lopeş, Ronan (Valarino, 62), Skenlon, Uoker (Bent, 86), De Barr (Torilya, 46), Riçards (Gibson, 74), Bartolo, Cessop.
Xorvatiya: Livakoviç, Yuranoviç, Ponqraçiç, Çaleta-Sar, Stanişiç (Marko Paşaliç, 65), Mayer, P.Suçiç (Kramariç, 46), Perişiç, Mario Paşaliç (Baturina, 71), L.Suçiç (Modriç, 64), Budimir (İvanoviç, 46).
Qollar: Mario Paşaliç, 28 (0:1). Budimir, 30 (0:2). İvanoviç, 60 (0:3). İvanoviç, 64 (0:4). Perişiç, 73 (0:5). Kramariç, 77 (0:6). Kramariç, 80 (0:7).
Vərəqə: Ponqraçiç, 54 – sarı.
Hakim: Georgi Kabakov (Bolqarıstan).
6 iyun. Faru-Lole (Portuqaliya). 1516 tamaşaçı.
4-cü tur
Xorvatiya – Çexiya 5:1 (1:0)

Xorvatiya: Livakoviç, Qvardiol, Çaleta-Sar (Vuşkoviç, 87), Şutalo, Stanişiç, P.Suçiç, Modriç (Moro, 80), Mario Paşaliç, Kramariç (Yakiç, 80), Perişiç (Marko Paşaliç, 87), Budimir (İvanoviç, 76).
Çexiya: Kovarj, Zelenı, Kreyçi, Holeş, Provod (Dudera, 88), Souçek, Sadilek (Kral, 77), Soufal, Çernı (Kuşey, 66), Şik (Horı, 77), Şults.
Qollar: Kramariç, 42 (1:0). Souçek, 58 (1:1). Modriç, 62-p. (2:1). Perişiç, 68 (3:1). Budimir, 72-p. (4:1). Kramariç, 75 (5:1).
Vərəqələr: Soufal, 66. Holeş, 71 – sarı.
Hakim: Xesus Xil Mansano (İspaniya).
9 iyun. Osiek. 12207 tamaşaçı.
Farer adaları – Cəbəllütariq 2:1 (0:1)
Farer adaları: Reynatrend, A.Edmundsson (Yohansen, 64), Vatnhamar, Fere, Davidsen, Olsen (Andreasen, 90), Hansson, Danielsen, Yustinussen (Serensen, 64), Klettskar (Yohannesen, 64), Frederiksberq (Y-S.Edmundsson, 74).
Cəbəllütariq: Benda, Britto, Annesli, Lopeş, Ronan (Valarino, 83), De Barr (Mauro, 90), Uoker (Cessop, 68), Bent, Riçards (Torilya, 83), Əl-Hmidi (Bartolo, 46), Skenlon.
Qollar: Skanlon, 23 (0:1). Frederiksberq, 71 (1:1). Yohannesen, 86 (2:1).
Vərəqələr: Bent, 30. Fere, 76 – sarı.
Hakim: Yiqal Frid (İsrail).
9 iyun. Torshavn. 2632 tamaşaçı.
1. Çexiya 4 3 0 1 9-6 9
2. Xorvatiya 2 2 0 12-1 6
3. Monteneqro 3 2 0 1 4-3 6
4. Farer adaları 3 1 0 2 3-4 3
5. Cəbəllütariq 4 0 0 4 2-16 0
5 sentyabr: Monteneqro – Çexiya, Farer adaları – Xorvatiya.
Bombardirlər: Şik (Çexiya), Holann (Norveç) – 4.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyun 2025 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri