Icma.az
close
up
RU
Ceyhun Bayramov Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib

Ceyhun Bayramov Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Maltanın Valletta şəhərinə işgüzar səfəri çərçivəsində 3-cü Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib.


Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Nazir konfransda Azərbaycanın COP29-a ev sahibliyi etməsi, nəticələri, eləcə də ölkənin enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsində təşəbbüsləri, eləcə də münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə çıxış edib.

Ceyhun Bayramov çıxışı zamanı həmçinin münaqişədən sonrakı regional reallıqlar, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, mina təhlükəsi, o cümlədən Azərbaycan və Ermənistan sülh prosesi barədə məlumat verib.

seeBaxış sayı:74
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri