Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu məsələ bugünkü müzakirələr zamanı da qeyd olunub: "Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, dövlətlərimiz həmin mürəkkəb mərhələni geridə qoymağa və Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrini tam şəkildə normallaşdırmağa nail olub.
Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub. Münasibətlərin tam formatda bərpası məhz bu səylərin nəticəsində həyata keçirilib”.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Rusiya çoxəsrlik tarixi, mədəni və humanitar əlaqələrlə birləşən qonşu dövlətlərdir: "Ölkələrimiz arasında münasibətlər möhkəm xarakter daşıyır, xalqlarımız arasında sıx və dərin əlaqələr mövcuddur. Bu əlaqələr öz növbəsində dövlətlərarası münasibətlərin əsasını təşkil edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 17 İyul 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















