Ceyhun Bayramov: Bakının Tehrandan gözləntilərini dilə gətirdi
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir.
Newscenter.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu Ceyhun Bayramov Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.
C.Bayramov görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan PUA-lar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs xəsarət alıb və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura əhəmiyyətli ziyan dəyib.
"Azərbaycan İran tərəfinin hadisənin hərtərəfli araşdırılmasına dair verdiyi zəmanətləri yerinə yetirəcəyini və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini gözləyir", - o əlavə edib.
Anar
Bu mövzuda digər xəbərlər:Ceyhun Bayramov Bakının çağırışından DANIŞDI
15 Noyabr 2024 12:47
Bakının sərt etirazına Tehrandan cavab
02 Yanvar 2025 21:32
Bakının çağırışı iqlim problemlərinin həllinə yönəlib Ceyhun Bayramov
15 Noyabr 2024 12:01
Ceyhun Bayramov: Bakının çağırışı iqlim problemlərinin həllinə yönəlib
15 Noyabr 2024 11:38
Baxış sayı:112
Bu xəbər 19 Mart 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















