Icma.az
close
up
RU
Ceyhun Bayramov baş katiblə müzakirə APARDI

Ceyhun Bayramov baş katiblə müzakirə APARDI

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Barnet ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində həyata keçirilə biləcək təşəbbüslər müzakirə olunub. Nazir Ceyhun Bayramov CARICOM tərəfindən ölkəmizə ilk səfərin Azərbaycanın Birliklə əməkdaşlığının inkişaf etdirilməsi üçün yaxşı fürsət olduğunu qeyd edərək, əməkdaşlıq üçün mövcud imkanların müzakirəsi baxımından bu kimi təmasların artırılmasının vacibliyini diqqətə çatdırıb. Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz tərəfindən 20 kiçik ada dövləti daxil olmaqla, ümumilikdə 80-dən artıq ölkəyə humanitar yardım göstərildiyi, bu ölkələr sırasında CARICOM-a üzv 12 dövlətin də olduğu qeyd edilib. Azərbaycan və CARICOM-a üzv dövlətlər, habelə xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə təhsil sahəsində əməkdaşlığın, ölkəmiz tərəfindən həyata keçirilən təqaüd proqramlarının əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycanın COP29 Sədrliyi, əsas prioritet və istiqamətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin təşəbbüslərinə, xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsinə göstərilən dəstəyə görə CARICOM-a təşəkkür edib, sədrliyimiz dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha yaxından əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib. Baş katib Karla Barnet COP29 Sədrliyinin kifayət qədər mürəkkəb və məsuliyyət tələb edən platforma olmasına baxmayaraq, ölkəmiz tərəfindən sessiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu münasibətlə ölkəmizi təbrik edib, sədrlik dövründə uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Noyabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri