Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı Katibi tərəfindən təşkil olunan nahar və Nazirlər Dialoqunda iştirak edib.
525.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.
Qeyd olunub ki, nazir çıxışında Azərbaycanın inklüziv, dayanıqlı və nəticəyönümlü çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə sadiqliyini vurğulayıb, xüsusilə bağlantılar (nəqliyyat və kommunikasiya əlaqələri), rəqəmsal transformasiya və dayanıqlı iqtisadi artıma xüsusi diqqət yetirildiyini qeyd edib.
Tədbir Asiya və Sakit Okean regionunda regional əməkdaşlığın və dayanıqlı inkişafın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün nazirləri və yüksək səviyyəli nümayəndələri bir araya gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 20 Aprel 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















