Ceyhun Bayramov Britaniyanın Dövlət katibi ilə regional vəziyyəti müzakirə edib
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Martın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə Dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Britaniya naziri Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Ceyhun Bayramov bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması məqsədilə müvafiq düzəlişin edilməsinin vacib olduğu vurğulanıb. Bununla yanaşı, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















