Icma.az
close
up
RU
Ceyhun Bayramov “Buzlaqlar2025” mövzusunda yüksək səviyyəli tədbirdə çıxış edib

Ceyhun Bayramov “Buzlaqlar2025” mövzusunda yüksək səviyyəli tədbirdə çıxış edib

Icma.az bildirir, Operativmedia portalına istinadən.

12 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Buzlaqlar-2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksək səviyyəli tədbirdə iştirak və çıxış edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yüksək səviyyəli tədbirdə həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, habelə digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Yüksək səviyyəli tədbirdə çıxış edən nazir Ceyhun Bayramov, Tacikistan tərəfinə əksər hallarda diqqətdən kənar qalmasına baxmayaraq, ekosistemimizin əsas hissələrindən birini təşkil edən buzlaqlar mövzusuna həsr olunmuş bu əhəmiyyətli tədbirin təşkilinə görə təşəkkür edib.

Buzlaqların dünyanın bir çox bölgələrində əriməsinin daşqınlar və torpaq sürüşmələri kimi təhlükəli fəlakətlərə səbəb olduğu bildirilib.

İqlim dəyişikliyi səbəbindən sürətlə yox olan buzlaqların, o cümlədən ölkəmizdə, xüsusilə Böyük Qafqaz dağları və Qusarçay hövzəsində 7 il ərzində 18%-dən çox azaldığı, bunun da çay ehtiyatlarının qeyri-bərabər paylanmasına və ümumi şirin su ehtiyatlarının azalmasına səbəb olduğu diqqətə çatdırılıb.

Buzlaqların əriməsi probleminin ciddi təhlükə olmasına baxmayaraq, bu istiqamətdə atılan əlaqələndirilmiş addımların məhdud olduğu, bu baxımdan növbəti il elan olunacaq "Beynəlxalq Buzlaq Qoruma İli"nin məhsuldar olacağına dair ümidvarlıq ifadə olunub.

Nazir Ceyhun Bayramov, bütün beynəlxalq tərəfdaşları gələcək nəsillər üçün ekosistemimizin balansının təmini istiqamətində müvafiq sahə üzrə əməkdaşlığı gücləndirməyə dəvət edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 12 Noyabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri