Ceyhun Bayramov Ərağçi ilə danışdı KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.
Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 Mart 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















