Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Maltaya işgüzar səfəri çərçivəsində III Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib.
Missiya.Az-ın məlumatına görə, bu barədə nazirlik rəsmi “X” hesabında məlumat yayıb.
Nazir COP29-a Azərbaycanın evsahibliyi etməsi, nəticələri, eləcə də Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsindəki təşəbbüsləri barədə çıxış edib. Ceyhun Bayramov çıxışı zamanı münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə də məlumat verib.

Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib
06 Dekabr 2024 16:14

