Ceyhun Bayramov İraqa gedib FOTO (Yenilənib)
Icma.az bildirir, Mia.az portalına istinadən.
Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında geniştərkibli görüş keçirilib.
Mia.az xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirməklə həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar müzakirə edilib.
Həmçinin daha geniş regional və qlobal inkişaf məsələləri nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minatəmizləmə və sülh səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud çağırışlar barədə məlumatlandırıb.
***
Bu gün xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yollanıb.
Mia.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildlrilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















