Ceyhun Bayramov makedoniyalı həmkarı ilə görüşəcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Bakıda martın 12-də Azərbaycan və Şimali Makedoniya xarici işlər nazirləri (XİN) Ceyhun Bayramov və Timço Mutsunski arasında görüş keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə T.Mutsunski X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O qeyd edib ki, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı (11 mart) Azərbaycan Prezidenti İlham Əliyevlə məhsuldar söhbət baş tutub.
"İkitərəfli münasibətlərin gücləndirilməsi imkanlarını müzakirə etdik, enerji, təhsil, elm və turizm sahələrində əməkdaşlığı nəzərdən keçirdik. Ticarət əməkdaşlığının və strateji sektorlara investisiyaların əhəmiyyətini vurğuladıq", - paylaşımda bildirilib.
"Sabah həmkarım, xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyəm ki, daha sıx əməkdaşlıq üçün əlavə təşəbbüsləri müzakirə edək", - nazir qeyd edib.
Baxış sayı:99
Bu xəbər 11 Mart 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















