Icma.az
close
up
RU
Ceyhun Bayramov Maldivinin xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Maldivinin xarici işlər naziri ilə görüşüb

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan və Maldiv arasında bir sıra, o cümlədən iqtisadi, investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov COP29 çərçivəsində Maldiv Respublikasından ölkəmizə yüksəksəviyyəli nümayəndə heyətinin səfərinin əhəmiyyətini qeyd edərək, bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından vacib olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadiyyat, investisiyalar, ticarət istiqamətləri üzrə əməkdaşlığın mühüm perspektivlərinin mövcud olduğu, bu imkanlardan istifadə etməklə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının əhəmiyyəti vurğulanıb. Xalqlarımız arasında qarşılıqlı təmasların gücləndirilməsi baxımından turizm sahəsində mövcud imkanların nəzərdən keçirilməsinin, qarşılıqlı viza sadələşdirilməsi məsələlərinə baxılmasının vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov, həmçinin COP29 sədrliyimiz barədə qarşı tərəfi ətraflı məlumatlandırıb, sədrlik dövründə qarşılıqlı faydalı əməkdaşlıq edəcəyimizə dair inamını ifadə edib. Nazir Abdulla Xəlil Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərinə rəhbərliyində uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra nazirlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” və "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Maldiv Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması baş tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Noyabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri