Icma.az
close
up
RU
Ceyhun Bayramov Monteneqro XİN in dövlət katibi ilə nəyi müzakirə etdi?

Ceyhun Bayramov Monteneqro XİN in dövlət katibi ilə nəyi müzakirə etdi?

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç ilə yaşıl enerji üzrə tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Monteneqro əməkdaşlığının hazırkı durumu və perspektivləri, ikitərəfli və çoxtərəfli səviyyələrdə münasibətlərin inkişaf etdirilməsi imkanları, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

İki ölkə arasında əməkdaşlığın inkişafı və bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi baxımından qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi, parlamentlərarası əlaqələr qeyd olunub.

Azərbaycan-Monteneqro arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm və humanitar istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün münbit şəraitin olduğu diqqətə çatdırılıb. Bu xüsusda, yaşıl enerji üzrə tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunulub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, gündəlik əsasda Azərbaycan vətəndaşlarının həyat və sağlamlıqlarına hədə törədən mina təhdidi ilə mübarizə səyləri barədə məlumatlandırıb.

Müqabil tərəf, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb. Ölkəmizin təşəbbüsü ilə başlayan ikitərəfli danışıqlar nəticəsində sülh müqaviləsinin mətninin razılaşdırıldığı, lakin müqavilənin imzalanması üçün əsas əngəllərin, xüsusilə də Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddiaların qalmaqda olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Monteneqro Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Monteneqro tərəfindən isə dövlət katibi Perişa Kastratoviç rəhbərlik edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri