Ceyhun Bayramov Oman Kral Ofisinin naziri ilə Yaxın Şərqi müzakirə edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində Omanın Kral Ofisinin naziri general Sultan bin Məhəmməd Əl Nomani ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.
Müzakirələr Azərbaycan-Oman əməkdaşlığının hazırkı vəziyyəti və perspektivlərinə yönəlmiş, ticarət, investisiya, təhsil, turizm və humanitar sahələrə xüsusi diqqət yetirilib.
Hər iki tərəf BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın vacibliyini bir daha təsdiqləmiş və çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi davam etdirmək barədə razılığa gəlib.
Tərəflər həmçinin Yaxın Şərqdəki mövcud regional təhlükəsizlik vəziyyətini müzakirə edib və regiona sülh və sabitlik gətirmək üçün birgə səylərin vacibliyini bir daha vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Oktyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















