Ceyhun Bayramov özbəkistanlı həmkarını təbrik etdi Yeni Çağ Media
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Bu barədə Yenicag.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, C.Bayramov həmkarı Baxtiyor Saidovu yenidən xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində davamlı uğurlar arzulayıb.
Nazirlər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.
Telefon danışığında, həmçinin beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Noyabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















