Ceyhun Bayramov rumıniyalı nazirlə danışdı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aprelin 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən strateji layihələrin əhəmiyyəti vurğulanıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunaraq, əməkdaşlığın möhkəmləndirilməsinin, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini qeyd ediblər.
Danışıq zamanı geniş kontekstdə Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri də nəzərdən keçirilib. Tərəflər bu istiqamətdə dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Aprel 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















