Ceyhun Bayramov üç il sonra Mirzoyanla telefonla danışdı KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Azərbaycan XİN-dən KONKRET.az-a verilən məlumata görə, nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.
“Qafqazinfo” qeyd edir ki, bu, Birgə Bəyannamə imzalandıqdan sonra XİN rəhbərlərinin ilk telefon danışığıdır. Bundan öncəki danışıq isə 2022-ci ilə təsadüf etmişdi.

Bayramov Mirzoyanla danışdı
12 Avqust 2025 18:40
Bayramov və Mirzoyanla danışdı
11 Avqust 2025 19:24
Ceyhun Bayramov Antalyada Ararat Mirzoyanla görüşür
12 Aprel 2025 20:41
Ceyhun Bayramov Mirzoyanla nə vaxt görüşəcəyindən DANIŞDI
20 Yanvar 2025 12:49
Bayramov Mirzoyanla Türkiyədə görüşdü
12 Aprel 2025 13:10

