Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.
Müzakirələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Tərəflər, həmçinin dəyişən regional və beynəlxalq təhlükəsizlik mühiti, aktual geosiyasi proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə davamlı əməkdaşlığın və praktiki əlaqələrin əhəmiyyəti bir daha təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 Avqust 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















