Ceyhun Bayramov Xaled El Enanini Bakıda keçiriləcək tədbirlərə dəvət edib
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni seçilmiş baş direktoru Xaled El-Enani arasında telefon danışığı aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, nazir qarşı tərəfi UNESCO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hazır olduqlarını bildiriblər. Azərbaycanın çoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəki rolu vurğulanıb. Bu çərçivədə ölkəmizin təşəbbüsləri və UNESCO üzrə planlar müzakirə olunub.
Nazir Ceyhun Bayramov 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və baş direktoru bu tədbirlərdə iştiraka dəvət edib.
Nazir daha sonra tarixi Vaşinqton görüşü və postmünaqişə dövründə görülən işlər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı:59
Bu xəbər 23 Dekabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















