Icma.az
close
up
RU
Ceyhun Məmmədov həmkarları barədə saxta informasiyalara etiraz ETDİ

Ceyhun Məmmədov həmkarları barədə saxta informasiyalara etiraz ETDİ

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Son günlərdə yayılan bir sıra təxribat xarakterli məlumatlar bir daha göstərir ki, informasiya təhlükəsizliyi mövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşımızın diqqət mərkəzində olmalıdır. Bu gün informasiya dünyada sadəcə məlumat ötürmə vasitəsi deyilən güclü strateji silah kimi istifadə olunur. Bu mənada məlumatların kim tərəfindən, hansı məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır. Bu bir danılmaz faktdır ki, yalan və ya təhrif edilmiş məlumatlar təkcə fərdlərin deyil bütövlükdə cəmiyətin zərərinə işləyə bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı səsləndirdi.

Onun sözlərinə görə, bu gün informasiya müharibəsi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəlidir:

"Bu gün təəssüf ki, sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar etmək, yoxlanılmamış xəbərlər yaymaq adi bir hala çevrilib. Bunu biz daha açıq şəkildə ikinci Qarabağ müharibəsi zamanı da gördük.

Ölkəmizə qarşı hərbi əməliyyatlarla yanaşı güclü informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etmə ordumuzun iradəsini zəiflətmək və xalqımız arasında çaşqınlıq yaratmaq məqsədi daşıyırdı. Lakin prezidentin qətiyyətli mövqeyi dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınının təmin edilməsi bu cəhdləri boşa çıxardı. Bu gün də vəziyyət fərqli deyil. Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı təxribatçı kampaniyalar, hətta deputat həmkarlarımız barəsində yayılan təxribatçı məlumatlar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Bu səbəbdən hər bir vətəndaşımız üzərinə düşən məsuliyyəti ciddi dərk etməli, paylaşdığı hər bir xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməlidir.

Eyni zamanda təxribat xarakterli yazılara, saxta hesablardan yayılan məlumatlara alət olmamalı, özləri ilə yanaşı ətrafındakı insanları da informasiyadan düzgün istifadəyə təşviq etməlidir. Heç kim unutmamalıdır ki, informasiya silahı ya bizim gücümüzə güc qatır, ya da əleyhimizə çevrilir. Seçim bizim əlimizdədir. Hər birimiz bu məsələdə diqqətli olmalı və dövlətimizin yanında olmalıyıq".

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri