Ceyhun Məmmədov kitab sərgisinin əhəmiyyətindən danışdı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gündən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinə start verilib. Yeddi gün davam edəcək sərgidə 32 ölkədən 59 nəşriyyat və təşkilat iştirak edir.
Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov da sərgidə iştirak edib.
Onun sözlərinə görə bu cür tədbirlər çox önəmlidir.
"Bu cür sərgilərin keçirilməsi bir ənənə halını alıb. Artıq Azərbaycan hər il bu cür sərgilərə ev sahibliyi edir və bu gün burada müxtəlif universitetlərin, ayrı-ayrı dövlət qurumlarının bu günə kimi nəşr etdikləri kitablarla tanış oluruq.
Eyni zamanda bu tədbirin önəmi ondadır ki, burada xaricdən də bir çox nəşriyyatlar, mətbuat orqanları bu tədbirdə iştirak edirlər.
Belə sərgilər həm gənclərimizin yeni kitablarla, yeni əsərlərlə tanış olması üçün, həm də nəşriyyatların öz nəşr etdikləri kitabları cəmiyyətə təqdim etməsi üçün çox önəmlidir. Həmçinin burada kitab təqdimatları keçiriləcək, müxtəlif elmi mövzular ətrafında müzakirələr aparılacaq və düşünürəm ki, bax bu formada tədbirlərin təşkili ümumi maarifçilik işinə öz töhfəsini verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 Oktyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















