Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? seçimini izah etdi
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Mövsümlərarası fasilədə "Zirə"dən ayrılan Ceyhun Nuriyevin yeni klubu bəllidi. Belə ki, "Araz-Naxçıvan" təcrübəli yarımmüdafiəçi ilə birillik müqavilə imzalayıb.
Xatırlayırsızsa, futbolçu "qartallar"dan ayrılandan sonra saytımıza verdiyi müsahibədə legioner həyatı yaşamaq niyyətində olduğunu demişdi. Maraqlıdı, o, bu arzusuna niyə çatmadı? Karyerasını "qırmızı-ağlar"da davam etdirmək qərarına gəlməsinin səbəbi nədi?
Bu suallarla Nuriyevə müraciət etdik. Oyunçunun "Football-plus.az"a cavabı:
"Legioner həyatı barədə heçnə deməyəcəm. İnşallah, gələn mövsümlərdə olacaq. Bura gəlməkdə əsas amil məşqçi heyətinin mənə inamı və etimadı oldu. Bu kollektivlə işləmək istəyirdim. Düzdü, avrokuboklar barədə nəsə demək üçün çox tezdi. Ancaq hər oyuna qələbə üçün çıxacağıq. İrəliləyən turlarda hədəfi müəyyənləşdirəcəyik".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 01 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















