Ceyhun Sultanov: Millimizin oyunlarına münasibət bildirməyə utanıram
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Millimizin oyunlarına münasibət bildirməyə utanıram". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
Tanınmış menecer yığmamızın yoldaşlıq görüşündə Belarusa məğlub olduğu oyunla bağlı fikirlərini bölüşüb:
"Düzdür, baş məşqçi meydana gəncləri buraxmaqla onların gələcək perspektivini gördü. Əslində, onların nəyə qadir olduğu bəlli idi. Çox danışmaq istəmirəm, mənim üçün danışmaq çətindir. Belarus yığmasının ispaniyalı baş məşqçisi taxta kimi futbolçuları pasla oynatmağa çalışır. Hansılar ki, ayağında top saxlaya bilməyən futbolçular bunu bacarıb bizimlə ispan futbolu oynadılar. Mən buna üzülürəm və utanıram".
Qeyd edək ki, milli komadamız yoldaşlıq görüşlərində Haitiyə 0:3, Belarusa isə 0:2 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 26 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















