Icma.az
close
up
RU
Ceyhun Sultanov: “Onlar yoxdursa, yerlərinə başqa 25 futbolçu var”

Ceyhun Sultanov: “Onlar yoxdursa, yerlərinə başqa 25 futbolçu var”

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Matçın necə keçəcəyini öncədən demək çətindir”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Azərbaycan yığmasının Haiti ilə keçiriləcəyi yoxlama görüşü öncəsi fikirlərini açıqlayıb: “Millinin heyətində yeni oyunçular var. Fikrimcə, hamısına şans verilməlidir ki, öz potensiallarını göstərə bilsinlər. Heyətə çağırılan 25 futbolçunun hər birindən istifadə etmək lazımdır. Burada önəmli olan qələbə yox, futbolçuların potensialının milli komandaya nə dərəcədə yetərli olmasını müəyyənləşdirməkdir. Yoldaşlıq görüşləri milli komandanın birlikdə olması, heyətə cəlb edilməsi futbolçulardan istifadə, komanda şəklində nəyə qadir olduğumuzu görmək, çatışmazlıqları müəyyənləşdirmək baxımından önəmlidir”.

Sultanov zədə ucbatından matçı buraxacaq futbolçuların millinin performansına ciddi təsir etməyəcəyini vurğulayıb: “Bu oyunlarda Emin Mahmudov, yaxud Abbas Hüseynovun olub-olmaması böyük önəm daşımır. Milli tək onların üzərində qurulmayıb. Bu gün onlar yoxdursa, yerlərinə başqa 25 futbolçu var. Məncə, zədəlilərin yoxluğu böyük problem yaratmayacaq”.

Sultanov Belarus ilə keçiriləcək yoxlama görüşünə də proqnoz verməyib: “Hər iki qarşılaşmadakı qələbə şanslarını şərh etmək istəməzdim, çünki yoxlama oyunudur. Belə görüşlərdə də nəticə o qədər də önəmli deyil. Əsas məsələ futbolçuların meydanda nə edəcəyi, oyun üslubu, məşqçinin istəklərini görməkdir. Düzdür, qələbə həmişə lazımdır, ancaq 25 futbolçunu bir tərəfə qoyub, 11 futbolçuya köklənmək düzgün yanaşma olmaz”.

Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra Bank Respublika Arenada Belarusla üz-üzə gələcək.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri