Icma.az
close
up
RU
Ceyk Pol UFC nin məğlubedilməz döyüşçüsünü boksa çağırdı

Ceyk Pol UFC nin məğlubedilməz döyüşçüsünü boksa çağırdı

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-li bloqer və peşəkar boksçu Ceyk Pol UFC-nin ağır çəki dərəcəsində çıxış edən həmyerlisi Coş Hokitə Puerto-Rikoda boks görüşü keçirməyi təklif edib.

İdman.Biz xəbər verir ki, mübahisə Polun NFL (Milli Futbol Liqası) oyunçularına ünvanladığı çağırışdan sonra başlayıb. O, istənilən NFL oyunçusuna boksda ondan daha yaxşı nəticə göstərəcəyi təqdirdə bir milyon ABŞ dolları (1,7 milyon AZN) ödəyəcəyini bildirib. Bunun əvəzində Pol həmin idmançı ilə Amerika futbolunda top qəbul edən oyunçu mövqeyində yarışacağını qeyd edib.

“Arbitr internet olacaq. Təyyarəmi göndərəcəyəm. Kim hazırdır”, - deyə Pol yazıb.

Əvvəllər Amerika futbolu ilə məşğul olan Hokit çağırışa belə cavab verib:

“Bütün hörmətimi saxlayaraq deyirəm ki, səni təkcə boks görüşündə deyil, istənilən idman növündə məğlub edərəm”.

Pol isə UFC döyüşçüsünü Puerto-Rikoya dəvət edib:

“Özünü reklam etməyə çalışdığını görürəm. Puerto-Rikoya gəlib boks görüşü keçirmək istəyirsənsə, istənilən vaxt. Səni məmnuniyyətlə biabır edərəm”.

Coş Hokit UFC-nin ağır çəki reytinqində dördüncü pillədədir. Məğlubedilməz döyüşçü peşəkar MMA karyerasında keçirdiyi 10 qarşılaşmanın hamısında qalib gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Avqust 2026 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri