Ceymi Vardi “Börnli”yə keçdi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Börnli” futbolkomandası heyətini təcrübəli hücumçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, klub Ceymi Vardinin transferini rəsmən açıqlayıb. 39 yaşlı forvardla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Vardi azad agent statusunda idi. O, ötən mövsüm İtaliyanın “Kremoneze” klubunda çıxış edib, komandanın aşağı liqaya düşməsindən sonra müqaviləsi başa çatıb. Son günlər “Everton”, “Reksem”, “Şeffild Uensdey” və Braziliyanın “San-Paulu” klublarının da onunla maraqlandığı bildirilirdi.
İngiltərə futbolunun ən tanınmış hücumçularından biri olan Vardi karyerasının əsas hissəsini “Lester”də keçirib. O, bu klubla 2015/16 mövsümündə sensasiyalı şəkildə Premyer Liqa çempionu olub və turnirin ən məhsuldar hücumçuları sırasında yer alıb.
“Börnli” hazırda Çempionşipdə çıxış edir və Premyer Liqaya qayıtmaq uğrunda mübarizə aparır. Klub hücum xəttində Dastan Satpayev, Layl Foster və Armando Broya kimi futbolçulara malikdir.
Baxış sayı:48
Bu xəbər 06 Sentyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















