Ceyms Bond aktrisasının baş transplantasiyası ...
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Hollivud ulduzunun üzgərmə əməliyyatından öncəki və sonrakı şəkilləri sosial platformalarda böyük səs-küyə səbəb olub. Bir çox izləyici bu dəyişikliyi "baş transplantasiyası" kimi qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "LAB Bible" nəşri məlumat yayıb.
Məlumata görə, "Ceyms Bond" serialına aid "Bütün dünya da yetərli deyil" filmindəki rolu ilə məşhurlaşan 55 yaşlı aktrisa Deniz Riçards estetik əməliyyatı barədə açıqlama verdikdən sonra söz-söhbətlər yayılıb.
Keçmişdə vizual görünüşünə müdaxilə etməkdən çəkindiyini vurğulayan Riçards, sözügedən estetik prosedura 2025-ci ilin iyununda razılaşdığını qeyd edib. Aktrisa bildirib ki, keçmiş həyat yoldaşı Aaron Faypers məhkəmə çəkişməsi vaxtı qəsdən onun bu cərrahiyyə prosesi haqqında danışıb.
Bu səbəbdən də o, yayılan xəbərlərin keçmiş əri tərəfindən yönləndirilməsinin qarşısını almaq üçün əməliyyatla bağlı şəxsən açıqlama verməyi qərara alıb.
Əldə edilən nəticənin onu tam qane etdiyini deyən Riçards, bu estetik müdaxiləni ömrü boyu verdiyi ən düzgün qərarlardan biri kimi xarakterizə edib.
Mətbuatda yer alan məlumatlara əsasən, qeyd olunan kosmetik prosedur məşhur aktrisaya təqribən 200 min dollara başa gəlib.
Baxış sayı:118
Bu xəbər 16 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















