Icma.az
close
up
RU
Ceyms Finies: Fundamental hüquqlarımız uğrunda mübarizə aparacağıq

Ceyms Finies: Fundamental hüquqlarımız uğrunda mübarizə aparacağıq

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Biz, Boneyra xalqı, səssiz qalmayacağıq. Öz fundamental hüquqlarımız uğrunda mübarizə aparacağıq".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Dekolonizasiya: Səssiz İnqilab"(Decolonization: Silent Revolution)" adlı beynəlxalq konfransda çıxış edən "Dəyişiklik üçün Boneyra Hərəkatı" (Bonaire Movement for Change) təşkilatının qurucusu Ceyms Finies deyib.

O, Niderlandın müstəmləkəçilik siyasətinin nəticələrinin yerli əhali üçün fəlakətli olduğunu bildirib.

Təşkilat rəsmisi vurğulayıb ki, 2010-cu ildən sonra Boneyra yenidən tam müstəmləkə statusuna qaytarılıb və adada heç bir demokratik təmsilçilik mövcud deyil. Onun sözlərinə görə, Niderland qanunları yerli əhalinin razılığı olmadan tətbiq edilir və bu, həm sosial, həm də mədəni fəlakətə səbəb olub.

Nümayəndə qeyd edib ki, son 10 ildə adada yerli əhali azlığa çevrilib: "Əhali sayımız 80%-dən 2%-ə düşüb. Bu, səssiz və sistemli şəkildə həyata keçirilən etnik və mədəni təmizləmədir. Biz bir güllə belə atılmadan 50% azalmışıq. Bu, səssiz məhvdir".

O əlavə edib ki, 2010-cu ildən sonra adada miqrasiya qaydaları ləğv edilib və Avropa vətəndaşları sadəcə ünvan qeydiyyatı ilə burada məskunlaşaraq 90 gün sonra yerli seçkilərdə səsvermə hüququ əldə ediblər. Bu isə yerli əhalinin siyasi təsir imkanlarını tamamilə sıradan çıxarıb.

"Ən ciddi narahatlıq doğuran məsələ "ötürülmə" qanunudur ki, bununla 70 yaşdan sonra həkimlər yaşlılara tibbi yardımı rədd etmək hüququna malikdirlər. Bu qanunu mərhəmət deyil, qətl kimi görürük", - Ceyms Finies söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Aprel 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri