Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Ceyms Vebb teleskopu “qara ulduzların” varlığına dair sübutlar tapıb

Ceyms Vebb teleskopu “qara ulduzların” varlığına dair sübutlar tapıb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq tədqiqat qrupu Ceyms Vebb teleskopu vasitəsilə ən uzaq obyektlərə dair müşahidə materiallarını təhlil edərək erkən kainatda müşahidə olunan sirli “kiçik qırmızı nöqtələr”in nəzəri olaraq mövcudluğu ehtimal edilən “qara ulduzlar” ola biləcəyi qənaətinə gəlib. Tədqiqatçılar GLIMPSE-17775 obyekti üzərində araşdırma aparıb və onun “qara
ulduz” ola biləcəyinə dair sübutlar aşkarlayıblar.

“Qara ulduzlar” dedikdə sıx və qismən ionlaşmış qaz buludunun içində gizlənmiş, sürətlə maddə udan və böyüyən massiv qara dəlik nəzərdə tutulur. Onların kainatın ilkin dövrlərində mövcud olduğu ehtimal edilsə də, indiyədək varlıqlarını sübut edəcək müşahidə faktı yox idi.

Teleskop müşahidələrə başladığı gündən əldə etdiyi materiallarda görünən “kiçik qırmızı nöqtələr” astronomların diqqətini cəlb edib. Bu obyektlər Böyük Partlayışdan təxminən 600 milyon ildən 2 milyard ilədək dövrdə müşahidə olunur. Onları izah etmək üçün bir neçə fərziyyə irəli sürülüb. Ən güclü namizədlərdən biri bu obyektlərin “qara ulduzlar” olmasıdır.

Sonrakı dövrlərdə onların müşahidə olunmaması isə iki səbəblə izah edilə bilər: Ya bu obyektlər çox qısa, lakin intensiv böyümə mərhələsindən sonra “sönür”, ya da mərkəzdəki massiv qara dəlik zamanla onu əhatə edən sıx qaz və tozu təmizləyir. Bu halda obyektin görünüşü dəyişir və o, aktiv qalaktikaya bənzəməyə başlayır.

GLIMPSE-17775 AbellS1063 qalaktika topasının arxasında yerləşir və biz onu Böyük Partlayışdan cəmi 1,8 milyard il sonrakı vəziyyətdə görürük. Obyektin müşahidəsi qravitasiya linzalanması vasitəsilə mümkün olub. Bu üsul  sayəsində 20 saatlıq müşahidə müddəti təxminən 80 saatlıq müşahidə materialı effekti verib. GLIMPSE-17775-in spektrində “kiçik qırmızı nöqtələr”in spektrlərində müşahidə olunan güclü Balmer qırılması daha zəif görünür. Tədqiqatçılar bunu GLIMPSE-17775-in böyük ana qalaktika ilə əhatə olunması ilə əlaqələndirirlər. Alimlər obyektin spektrinə əsasən onun sıx qaz örtüyü ilə əhatə olunduğunu düşünürlər. Çünki eyni zamanda obyektin spektrində çox sıx dəmir xətləri müşahidə olunsa da, rentgen şüalanması gözləniləndən zəifdir. Halbuki rentgen şüalanması qara dəliklər üçün xarakterik xüsusiyyətlərdən biridir. Bu hal qazın rentgen şüalanmasını udması ilə izah olunur. Qeyd olunan uyğunsuzluqların izahı, bu tip obyektlərin həqiqətən "qara ulduzlar" olmasının birmənalı təsdiqi üçün əlavə müşahidələrə və tədqiqata ehtiyac vardır.

Sözügedən tədqiqat işinin nəticələri nüfuzlu “The Astrophysical Journal”da dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri