Icma.az
close
up
RU
Ceyranbatan su anbarına kanalizasiya axıdılır? AÇIQLAMA VİDEO

Ceyranbatan su anbarına kanalizasiya axıdılır? AÇIQLAMA VİDEO

Xırdalan şəhəri, Quşçuluq massivi, Həsən Əliyev küçəsi, 38 ünvanında yağış kanalizasiya sularının daşmasına səbəb olub. Daşan kanalizasiya suları isə Ceyranbatan su anbarına tökülür.

Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən şəxs video təqdim edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə ərazi sakininin iddiasını təkzib edib:

"Kadrlardan da görünür ki, yığılan yağış sularıdır. Göllə suyun töküldüyü yer arasında böyük bir torpaq bənd var. Yəni axan suların gölə qarışma ehtimalı yoxdur. Yağış zamanı axan sular Ceyranbatan gölünün qırağında nasosxanaya toplanır, oradakı stansiya vasitəsilə Xırdalanın çirkab su xətlərinə ötürülür".

seeBaxış sayı:93
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri