Ceyranbatanda ekoloji narahatlıq yaradan zavodla bağlı RƏSMİ AÇIQLAMA VİDEO
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən zavodlardan birinin bacasından ətrafa tüstü yayılması və bunun sakinlərin narahatlığına səbəb olması ilə bağlı görüntülər yayılıb.
Məsələni araşdırmaq üçün Baku TV sözügedən ünvanda olub. Sakinlərin sözlərinə görə, ərazidə bir ildən artıqdır fəaliyyət göstərən alüminium zavodu mütəmadi olaraq atmosferə qara tüstü buraxır.
"Əvvəllər burada beton zavodu fəaliyyət göstərirdi. Sonra ərazini alıb metaləritmə müəssisəsi yaratdılar. Bir sözlə, camaatı boğurlar. Əritməyə başlayanda bacadan tüstü çıxır. Uşaqları da çölə buraxa bilmirik", - sakinlərdən biri bildirib.
Digər sakin isə deyib ki, zavoddan gecə-gündüz tüstü qalxır:
"Demək olar ki, 24 saat qara tüstü buraxırlar. Ətraf mühiti zəhərləyirlər. Zavod təxminən bir ildir fəaliyyət göstərir. Dəfələrlə şikayət etmişik, amma heç kim maraqlanmır".
Məsələ ilə bağlı "Ceyranbatan Dəmir Beton" ASC-dən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər yeni deyil. Qeyd olunub ki, artıq belə halların təkrarlanmaması üçün müəssisədə yeni avadanlıq quraşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 Avqust 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















